IQNA

Belarusiyadakı İslami əlyazmaların siyahısı hazırlanır

13:32 - July 26, 2020
Xəbər sayı: 3487735
Tehran (IQNA) -  İran İslam Respublikasının Belarusiyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi bu ölkənin Milli Kitabxanasının nəşriyyat və elmi işlər üzrə müavini ilə görüşüb.

Əbulqasim Muxtariyanın Aleksandr Suşa ilə keçirdiyi bu görüşdə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və elmi layihələrdə əməkdaşlıq barədə razılıq əldə olunub.

İran İslam Respublikasının Belarusiyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi İran xalqının mədəniyyət, incəsənət və tarixi barədə materialları Belarusiya Milli Kitabxanasının elmi işlər üzrə müavininə təqdim edib.

Belarusiya Milli Kitabxanasının elmi işlər və nəşriyyat üzrə müavini Aleksandr Suşa görüşdə İbn Sina fəlsəfəsinin belarusiyalı filosof, araşdırmaçı və "çap atası" Fransis Eskarinanın baxışlarında dərin təsir buraxdığını vurğulayıb.

Görüşdə Belarusiyanın milli kitabxanasındakı İslamşünaslıq, şərqşünaslıq, İranşünaslıq və Fars ədəbiyyatı ilə bağlı kitab, sənəd və əlyazma nüsxələr barədədə müzakirə edilib.

تقویت اشتراکات فرهنگی ایران و بلاروس/ پروژه انتشار فهرستی از نسخ خطی اسلامی

Aleksandr Suşa bu barədə deyib: Kitabxanada İranın tarix və mədəniyyətinə aid ümumilikdə 1000 cild kitab və sənəd mövcuddur ki, onların arasında əlyazma nüsxələr də var.

Suşa vurğulayıb: Belarusiya Milli Kitabxanasında İslam dünyasının 14-18-ci əsrlərinə aid çox dəyərli əlyazma nüsxələr var ki, nə İranda və nə də Belarusiyada kimsənin onlardan xəbəri yoxdur. Çoxu Fars dilində olan bu nüsxələr müxtəlif sahələri, o cümlədən din, tarix və digər elmləri ehtiva edir.

Belarusiya Milli Kitabxanasının elmi işlər və nəşriyyat üzrə müavini Aleksandr Suşa vurğulayıb: Hazırda milli və digər şəhərlərin kitabxanalarında olan İslami əlyazma nüsxələrin siyahısı hazırlanır və bu iş tamamlanmaq üzərədir. Bu layihə çərçivəsində İslam dünyasına aid olan 45 əlyazma nüsxənin üzərində elmi araşdırma aparılır.

İran İslam Respublikasının Belarusiyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi bu mövzuda İİR-nın aidiyyatı üzərə qrumlarını Belarusiya Milli Kitabxanası ilə əməkdaşlığa cəlb edəcəyini bildirib. /3912586

captcha