IQNA

İmam Hüseynə (ə) əzadarlığının fəlsəfəsi-3

7:59 - August 29, 2020
Xəbər sayı: 3488004
Alman yazıçısı sonra deyir: “Hüseyn (ə) əzadarlığı kimi heç bir hadisə müsəlmanlarda siyasi oyanış yaratmamışdır.” (“Siyasətul-Huseyniyyə” kitabına istinadən, səh.44.)
Xalq kütlələrinin səfərbərliyi:
Məsum imamlar (ə) İmam Hüseynin (ə) əza məclislərininin təşkilinə təkid etməklə, o Həzrətin məqsəd və amalını xalqın birlik mehvəri olaraq təyin etmişdir, belə ki, günümüzdə şəhadət günlərində milyonlarla müxtəlif təbəqədən, fərqli irqdən, ayrı-ayrı təriqətlərdən olan insanlar o Həzrətin (ə) əzadarlığını qeyd edir, Hüseyn (ə) bayrağı ətrafında toplaşırlar.
Hər bir xalq öz yaşaması və müvəffəqiyyəti üçün birlik amilinə möhtacdır.
Şübhəsiz, ən yaxşı birlik amili Əhli-beyt tərəfdarlarının bərpa etdiyi İmam Hüseyn (ə) adına əzadarlıq mərasimləridir, belə ki, az əmək və kiçik xərclə milyonluq xalq kütləsini bir mehvər ətrafında toplaya bilirlər.
Əlbəttə ki, əgər hər hansı bir xalq ən qısa zaman və fürsətdə, azacıq təbliğatla özünün dağınıq gücünü toplayıb təşkilatlandırmaq qüdrətinə malik olarsa, inkişaf yolunun üstündə duran hər bir maneəni aradan qaldırmağı da bacarar.
Məsum imamlar (ə) xalqı İmam Hüseyn (ə) məclislərinə həvəsləndirməklə, əslində, dağınıq gücləri işə saldılar, pərakəndə kütlələri səfərbər etdilər, onlar arasında birliyi təmin etməklə ali bir qüdrət ortaya çıxardılar.
İranın milyonlarla müsəlman xalqının İslam İnqilabının şanlı hərəkatında, Məhərrəm və Səfər aylarında, xüsusilə Tasua və Aşura günlərində zülmkarların canına vəlvələ salan hərəkəti, məsum imamların (ə) İmam Hüseynin (ə) mehvər təyin edilməsinə təkidlərinin sirrini daha da aydınlaşdırır. Əgər biz inqilabda, bu məclislərdə toplanmış belə enerjilərin azad etməsinin şahidi olmasaydıq, bəlkə də, biz də məsum imamların (ə) belə məclislərə təkidinin sirrini daha az anlayardıq.
Alman tarixçisi Marbin öz kitabında qeyd edir: “Tarix yazarlarımızdan bəzilərinin məlumatsızlıqları şiə əzadarlığının divanəliyə nisbət verilməsinə səbəb olmuşdur, lakin onlar sözlərində mübaliğə edərək şiəyə böhtan atmışlar. Biz xalqlar və tayfalar arasında şiə xalqı qədər həvəsli və canlı xalq görməmişik: şiələr İmam Hüseyn əzadarlığını təşkil etməklə aqilanə siyasətlərini icra etmiş və səmərəli təriqət hərəkatlarını həyata keçirmişlər.” (“Hüseyn ibn Əlinin (ə) şəhadət və əzadarlığının fəlsəfəsi” kitabına istinadən, Seyid Əbdülhüseyn Şərəfuddin, səh.109.)
 
Alman yazıçısı sonra deyir: “Hüseyn (ə) əzadarlığı kimi heç bir hadisə müsəlmanlarda siyasi oyanış yaratmamışdır.” (“Siyasətul-Huseyniyyə” kitabına istinadən, səh.44.)
İslam düşmənlərinin belə məclislərin təşkilinə qarşı çıxması və onların ortadan yığışdırılması istiqamətində səyi, hətta İmam Hüseyn (ə) qəbrini dağıtmağa cəhd və o Həzrətin (ə) qəbrini ziyarət etməyin qarşısının alınması, dövlətlərin bu əzəmətli gücdən nə dərəcədə qorxmuş olduqlarının və hal-hazırda da qorxduqlarının bariz göstəricisidir. Günümüzdə əza məclisləri təşkilinin din düşmənlərinin qəlbinə qorxu salması heç kəsdən gizlin deyil. O yerə qədər ki, bəzən öz daxili qüvvələri vasitəsilə şiələrə nalayiq ittihamlar nisbət verməklə, amansız təzyiqlərə məruz qoymaqla, bəzən də, belə məclislərinin mahiyyətini itirməklə Hüseyn (ə) şüarlarının kökünü kəsmək üçün çalışmışlar və indi də çalışmaqdadırlar. İslam tarixinə ötəri nəzər saldıqda, Kərbəla hadisəsindən sonra əza məclislərinin və mübarizlərin Allah yolunda və Aşura mesajları uğrunda zülmkara qarşı başlatdıqları qiyamlarına hansı həddə örnək olduğunu görürük. (“Tətimmətul-muntəha”, səh. 324-327.)
 
Doğrusu, əgər bütün müsəlmanlar belə məclislərdən doğru şəkildə istifadə edə bilsəydilər, bu güclü amil vasitəsilə öz ictimai mühitlərinin çatışmazlıqları və çirkinliklərində təmizlənmə aparsaydılar, zalımlar İslam torpaqlarına hakim kəsilərdimi? Əgər belə məclislərin bərpası ilə Aşura mesajları və qəhrəmanlıqları yaşansaydı, İslam ölkələrini talan məqsədilə soyğunçuların əli onlara uzanardımı? (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.74-75.)
 
Maide.az – Maarif bölümü
captcha