IQNA

Azərbaycanda qız uşaqlarına ən çox qoyulan ad nədir?

14:17 - August 31, 2020
Xəbər sayı: 3488019
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda doğulmuş qız uşaqlarına ən çox qoyulan ad Zəhradır.
Azərbaycanda qız uşaqlarına ən çox qoyulan ad nədir?Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Maide.Az-a istindala xəbər verir ki, Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, səkkiz ayda 1233 uşaq Zəhra adı alıb.
 
Populyar adların ilk onluğunda Zeynəb ikinci (964 uşaq), Məryəm üçüncüdür (927).
 
Aylin adı 884, Mələk adı 856 uşağa verilib.
 
Digər populyar qız adları belə sıralanır:
 
Fatimə – 808 uşaq
 
Nuray – 776
 
Nilay – 695
 
İnci – 655
 
Dəniz – 582.
 
Rəsmi statistikaya görə, oğlan uşaqları içində Yusif liderdir. Yanvar-avqust aylarında 1242 uşağa Yusif adı qoyulub.
 
Əli adı ikinci (1173 uşaq), Uğur adı üçüncü sıradadır (1166).
 
İlk onluqda Hüseyn (1121 uşaq), Məhəmməd (764), Murad (739), Ömər (734), Raul (613), Ayxan (556), Tunar (527) adları da var.
 
2020-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 95 min 894 nəfər olub. Yanvar-iyun ayları ərzində 59356 doğulan körpə qeydə alınıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz göstərilib.
 
captcha