Beynəlxalq Xəbər Agenliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bunu İraqın Səhiyyə Nazirliyinin sözçüsü Yusif Əl-Bədr İRNA-a ekskluziv müsahibəsində deyib.
Y. Əl-Bədr qeyd edib ki, ötən gün baş nazir Mustafa Əl-Kaziminin başçılığı ilə Koronavirusla Mübarizə Qərargahının iclası keçirilib və iclasda bu haqda qərar qəbul olunub. “Pandemiyanın geniş yayılmasının qarşını almaq məqsədilə sərhədlərin açılması və əcnəbi zəvvarların qəbul edilməsi qadağandır. Sərhədlərdən çox məhdud şəkildə ticarət mübadiləsinə icazə verilir.Buda İraq xalqının gündəli ərzaq tələbatını təmin etmək məqsədilədir.”
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir.
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.