IQNA

Ayətullah Üzma Sistani İraqın Milli Birliyinin simvoludur

10:01 - October 05, 2020
Xəbər sayı: 3488287
İraqın Dini Lideri Ayətullahül Üzma Seyid Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Cavad Şəhristani ilə telefon danışığı zamanı İranın vitse prezidenti İshaq Cahangiri belə deyib.

Ayətullah Üzma Sistani İraqın Milli Birliyinin simvoludurİraqın Dini Lideri, ali məqamlı mərcəiyyət olan Ayətullahül Üzma Seyid Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Cavad Şəhristani ilə telefon danışığı zamanı İranın vitse prezidenti İshaq Cahangiri deyib: "Ayətullah Üzma Sistani İraqın Milli Birliyinin simvoludur".
Cahangiri Ayətullah Sistaninin İraqın Milli Birliyinin simvolu olduğunu önə çəkərək “Həzrət Ayətullah Sistani müdriklik və əqlaniyyət sahibidir. O nəinki İranın dövlət rəsmiləri və xalqı arasında, bütövlükdə beynəlxalq aləmdə nüfuzlu və hörmətə sahibdir”, -deyə bildirib.

Vitse prezident koronavirusa görə, bu ilki Ərbəin yürüşündə iştirak edə bilməyənlərin dərin narahatlıq və kədərini də bölüşüb.

Ayətullah Şəhristani telefonla əlaqəsinə görə, Cahangiriyə təşəkkür edərək tez bir zamanda koronavirus xəstəliyinin yox olacağını, beləcə İmam Hüseyn (ə) zəvvarlarının Kərbəlaya rahat gedə biləcəyini arzu etdiyini dilə gətirib.

captcha