IQNA

Altı yaşlı qız uşağı Quranı əzbərlədi

22:05 - October 19, 2020
Xəbər sayı: 3488403
Tehran (IQNA)  - Səudiyyə Ərəbistanından olan Hünəyn Məhəmməd Həbib bir neçə il zəhmət çəkdikdən sonra bütün Qurani-Kərimi əzbərləyə bilib.

Bu azyaşlı qızın anası "əl-Xəlil" qəzetinə müsahibəsində deyib ki, qızımın Quran hafizini olmasını arzulamışdım. Buna görə də iki yaşından Quranın kiçik surələrini ona öyrətməyə başladıq. Hünəyn üç yaşında olanda isə Quranı proqramlı şəkildə hifz etməyə başladı. Bunun üçün koronavirus pandemiyası ilə əlaqədar tətil günlərindən də səmərəli istidadə etdik. Mən özüm də Quranın bəzi yerlərini əzbərlədim.

Hüneynin anası deyir: Qızım Quranı əzbərləməyə Yasin surəsi ilə başladı və bütün Quranı əzbərləyincəyədək davam etdi.

Bu altı yaşlı qız Quranı peşəkarcasına əzbərləmək üçün Quranın hifzi sahəsində fəaliyyət göstərən "Məknun" təlim mərkəzinin kurslarında iştirak edib.  /3929411

captcha