IQNA

Şeyx İsa Qasim: Ey Makron, yolunu azma!

0:28 - October 29, 2020
Xəbər sayı: 3488488
Tehran (IQNA)  - Bəhreyn İslami Hərəkatının rəhbəri İsa Qasim fransa prezidenti Makronun anti-İslam çıxışını və onun İslam peyğəmbərini (s) təhqir edənləri dəstəkləməsini kəskin şəkildə qınayıb.

Bəhreyn İslami Hərəkatının rəhbəri İsa Qasim fransa prezidenti Makronun anti-İslam çıxışını və onun İslam peyğəmbərini (s) təhqir edənləri dəstəkləməsini kəskin şəkildə qınayıb.

Bəhreynin İslami Hərəkatının rəhbəri və Bəhreyn Şiələrinin Dini Lideri Ayətullah Şeyx İsa Qasim deyib ki, Fransa məhsullarına yayılmış və təsirli embarqo Fransa və xalqı ilə düşmənçilik deyil, təcavüzkar prezidenti Emmanuel Makrona bir cavabdır.

Ayətullah İsa Qasım Bəhreynin “Mowqa Al-Maqawima” saytında yayımlanan məqaləsində bunları qeyd edib: “Makron Yer üzündəki ən böyük ilahi şəxsiyyət olan Allah Rəsulunu (s) təhqir edərək, insanlığını, ölkəsinin mənafeyini və dünya sülhünün qorunması məsuliyyətini unutdu”.

Ayətullah İsa Qasım sözügedən məqalədə, Makronun təhqirləri məsələsindəki israrını qınayıb: “Bu cür azadlıq insanların vəziyyətindən tutmuş, qanunsuz qırğınlara və gizli qalan müqəddəs şeyləri alçaltmağa qədər hər şeyə təhqir, lağa və rüsvayçılığa yol açır”.

Daha sonra İslam millətlərini Emmanuel Makron tərəfindən Allahın ən böyük peyğəmbərinin və elçisinin (s) təhqir edilməsini əl çəkməsi üçün ciddi və səmimi bir mövqe sərgiləməyə dəvət edib:

“İslam ümməti dünya təhlükəsizliyini və sülhü və insan qardaşlığını qorumaqda israr edir və eyni zamanda İslam üçün, Qurandan, İslam Peyğəmbəri (s) və İslamın müqəddəslərindən daha əziz bir şey yoxdur və Həzrət Peyğəmbərə (s) ən kiçik təhqir qarşısında belə susmaq icazəli deyildir və İslamı və böyük Peyğəmbəri (s) müdafiə etməkdən başqa heç nə üstün deyil”. /3931677

captcha