IQNA

İslam İnqilabının Ali Rəhbəri şəfqət işçisini xəstənin mərhəmət mələyi adlandırıb

19:57 - December 20, 2020
Xəbər sayı: 3488888
Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəfqət işçisini xəstənin mərhəmət mələyi adlandıraraq deyib: Şəfqət işçilərinin koronavirus günlərindəki mübarizələri onları həmişəkindən daha əziz etdi.

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları Həzrət Zeynbəin (s) mövlud bayramı və "şəfqət işçiləri günü" münasibəti ilə tibb işçiləri ilə görüşündə şəfqət işçisini xəstənin mərhəmət mələyi adlandıraraq deyib: Şəfqət işçilərinin koronavirus günlərindəki mübarizələri onları həmişəkindən daha əziz etdi.

O həzrət deyiblər: Əziz şəfqət işçiləri koronavirus dövründə adi şəraitdən daha çətin və daha iztirablı şəraitdə böyük bir işi qeydə aldıraraq, həqiqətən heyrətləndirici səhnələr və fəaliyyətlər sərgilədilər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Həzrət Zeynəbi-Kübra(s.ə)-nın mövlud və şəfqət işçisi günləri münasibətilə canlı televiziya çıxışında həmin gün münasibətilə bütün şəfqət işçilərini təbrik ediblər. O həzrət həmçinin koronavirus şəraitində şəfqət işçisi kimi fəaliyyət göstərən əzizlərini itirmiş əziz ailələrə başsağlığı veriblər.

Həzrət Ayətullahuluzma Xamenei şəfqət işçisinin xəstənin ruhi asayişində və fiziki cəhətdən sağalmasındakı roluna işarə ilə, belə söyləyiblər: Xəstənin fiziki cəhətdən sağalması sahəsində şəfqət işçisi həkimin yardımçısı və şərikidir və həkim hər nə qədər peşəkar və bacarıqlı olmuş olsa da şəfqət işçisinin olmaması cismani sağalmanı problemlə üzləşdirə bilər.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Şəfqət işçisi ruhi yardım baxımından da bir təbəssüm və ya mehribancasına bir hərəkət və sözlə, əslində xəstənin qəminə şərik olaraq, ona ruhiyyə bəxş edir və bu, yüksək islami dəyərlərdən biridir.

O həzrət şəfqət işçilərinin koronavirus dövründəki işlərinin, yoluxma təhlükəsi ehtimalına görə, daha çətin və daha iztirablı olmasına işarə ilə deyiblər: Şəfqət işçilərinin bu müddətdə apardıqları mübarizələr onları xalqın gözündə həmişəkindən daha əziz və daha şərəfli etdi.

İslam İnqilabının Böyük Rəhbəri öz çıxışlarının davamında məsul şəxlərin şəfqət işçilərinin zəhmətləri və fədakarlıqları qarşısındakı vəzifələrinə toxunaraq, belə söyləyiblər: Şəfqət işçilərinin işə götürülmələri zəruri və çox yaxşı işlərdən olaraq, ciddi şəkildə izlənilməlidir. Belə ki, şəfqət işçilərinin vəziyyəti elə olmalıdır ki, asudəliklə öz işlərilə məşğul, ailələri də onların vəziyyətindən xatircəm olmuş olsunlar.

/3942124

 

captcha