IQNA

İmam Əliyə (ə) mənsub Quran xətləri | Video

22:50 - January 06, 2021
Xəbər sayı: 3488996
Tehran (IQNA) -  Peyğəmbərin (s) Əhli-Beytindən olan məsum imamlara (ə) nisbət verilmiş əlyazma Quran, hədis, dua və ziyarət nüsxələrinin yenidən bərpa edilmiş veriysasının açılış mərasimi keçiriləcək.

Peyğəmbərin (s) Əhli-Beytindən olan məsum imamlara (ə) nisbət verilmiş əlyazma Quran, hədis, dua və ziyarət nüsxələrinin yenidən bərpa edilmiş veriysasının açılış mərasimi keçiriləcək.

İranın Quraniyum Proqram Təminatı və Dizaynı Qrupu, Məşhədin İmam Rza (ə) hərəminin mərkəzi kitabxana və muzeyi, Həzrət Məsumənin (ə) hərəminin mərkəzi kitabxana və muzeyi, Tehranın Gülüstan sarayının kitabxana və muzeyi, İngiltərənin Birmengam universitetinin Kadburi kitabxanası və Bəhreynin Mənamə muzeyinin həmkarlığı ilə məsumlara (ə) nisbət verilmiş əlyazma nüsxələr yenidən bərpa edilib.

ƏRBƏİN informasiya portalı Fatihə surəsinin məsumlara (ə) nisbət verilmiş əlyazma nüsxələrinin yenidən bərpası barədə ilk dəfə beş dəqiqəlik videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıb.  

Bu videoçarxda Peyğəmbər, İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad, İmam Sadiq, İmam Musa Kazim, İmam Rza və İmam Hadiyə (ə)  mənsub əlyazma nüsxələrin yenidən bərpası nümayiş olunub. /3945606

kod
captcha