IQNA

Katoliklərin rəhbəri, Ayətullah Sistani ilə qardaş olmaq istəyir

10:53 - January 18, 2021
Xəbər sayı: 3489084
Tehran (IQNA) -  Dünya katoliklərinin rəhbəri Papa Fransis cari ilin Mart ayının 5-dən 8-dək İraqda Həzrət İbrahim peyğəmbər (ə) diyarı olan UR vilayətinə ziyarət səfəri etmək niyyətindədir.

Tehran (IQNA) -  Dünya katoliklərinin rəhbəri Papa Fransis cari ilin Mart ayının 5-dən 8-dək İraqda Həzrət İbrahim peyğəmbər (ə) diyarı olan UR vilayətinə (Şumerlərin məskəni) ziyarət səfəri etmək niyyətindədir.

Onun bu səfərdə dünya şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları ilə görüşərək "insanlıq üçün qardaşlıq" sənədini imzalayacağı ehtimal edilir.

Qeyd edək ki, "insanlıq üçün qardaşlıq" strateji sənədi beynəlxalq sülhü gücləndirmək üçün ilk dəfə 2018-ci ilin Mart ayında dünya katoliklərinin rəhbəri Papa Fransis ilə dünya əhli-sünnə məzhəbinin elmi mərkəzi hesab edilən əl-Əzhər İslam Mərkəzinin rəhbəri Şeyx Əhməd Təyyib arasında imzalanıb. /iqna

 

captcha