IQNA

2021-ci il “Yunus Əmrə və Türkcə ili” kimi qeyd edilsin

9:38 - February 01, 2021
Xəbər sayı: 3489176
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsinə dair sərəncam imzalayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsinə dair sərəncam imzalayıb.

Prezident Ərdoğanın “Rəsmi Qəzet”də yer alan sərəncamında Türk dili və mədəniyyətinin təməl daşlarından biri olan Yunus Əmrənin vəfatının 700-cü ildönümü səbəbilə 2021-ci ilin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən annım və qeyd olunma ildönümləri sırasına daxil olduğunu bildirib.

Yunus Əmrənin şeirlərində insana və təbiətə sevgi, tolerantlıq, qardaşlıq və sülh məfhumlarından ən təmiz türk dilində istifadə etdiyini və bu şeirlərlə din, dil və irqi ayrı-seçkilik etmədən bütün insanlığa müraciət etdiyini söyləyən Ərdoğan Yunusun qlobal bəşəri dəyərləri üzərində qurduğu fəlsəfəsilə dünya humanizminə töhfələr verdiyini və insanları ortaq dəyərlər ətrafında birləşdirən və hər dövrün şairi olmağı bacardığını bildirib.
2021-ci ilin “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsi qərarı çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. /şəfəqna

captcha