IQNA

Ali Rəhbər İranın məhkəmə sisteminə yeni sədr təyin edib

18:18 - July 01, 2021
Xəbər sayı: 3490187
İslam İqnilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei cənabları höccətül-islam Qulamhüseyn Möhsini Əjeyinin məhkəmə sisteminin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.

İslam İqnilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları Höccətül-islam vəl-müslimin Qulamhüseyn Möhsini Əjeyinin məhkəmə sisteminin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.

İslam İqnilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları bu fərmnada Möhsini Əjeyiyə  məhkəmə sistemində dəyişikliyin zərurətini və yeni dövrdə daha güclü çalışmağı tapşırıb.

Məhkəmə sistemində yeni texnologiyalardan istifadə,  cihadçı və səmərəli işçilərin məsul kimi təyin olunması, dürüst hakimlərin xidmətlərinə dəyər verilməsi və eyni zamanda qanun pozuntuları ilə qətiyyətlə mübarizə aparmaq, xalqla davamlı ünsiyyətdə olmaq kimi məsələlər Ali Rəhbərin Möhsini Əjeyiyə   verdiyi tövsiyələrdəndir. 
Qeyd edək ki, Q. Möhsini Əjeyi İranın yeni seçilmiş prezidenti Ayətullah Seyid İbrahim Rəisini əvəz edəcək. 
Q. Möhsini Əjeyi bundan öncə İranın təhlükəsizlik naziri və baş prokror vəzifələrində çalışıb. /iqna
captcha