IQNA

"Süleymaniyyə" məscidi əlyazma Quran nüsxələri xəzinəsidir - VİDEO

6:25 - July 05, 2021
Xəbər sayı: 3490215
Sultan Süleymanın istəyi ilə tikilmiş bu məscid əsrlər boyu öz əzəmətini qorumuş və hazırda İstambul şəhərinin ən gözəl binalarından və turistlərin diqqətini cəlb edən yerlərdən biridir.

İstambulun Süleymaniyyə məscidi Osmanlı imperiyası zamanında yaşamış Memar Sinanın şah əsəri sayılır.

Sultan Süleymanın istəyi ilə tikilmiş bu məscid əsrlər boyu öz əzəmətini qorumuş və hazırda İstambul şəhərinin ən gözəl binalarından və turistlərin diqqətini cəlb edən yerlərdən biridir.

Bu binanın tikildiyi tarixdən 463 il keçməsinə rəğmən hələ də şəhərin gözəl və bənzərsiz tarixi tikililərindən biridir.

Osmanlı imperiyasının 10-cu padşahı Sultan Süleyman Qanuninin göstərişi ilə Memar Sinan tərəfindən 1550-ci ildə (940 hq) bu məscidin və ətrafındakı kitabxana və mədrəsələrin inşasına başlanılıb.

Məscidin tikintisi yeddi ildən sonra 1557-ci ildə başa çatır və həmin ilin Oktyabr ayının 15-də istifadəyə verilib.

Osmanlı dövrünün tarixçisi İbrahim Pəçəvinin yazdığına görə, məscidin tikilməsi üçün 3200 kq qızıl xərclənmişdir. Məscidin tikintisində 3532 nəfər işçi çalışmışdır.   

Məscidin nəzdindəki Süleymaniyyə kitabxanası kəmiyyət və keyfiyyət baxımından dünyanın ən nadir əlyazma nüsxələrinə sahib kitabxanlarından biridir. Kitabxanada 120 minədək əlyazma nüsxə mövcuddur. Bunlardan 70 minədək nüsxə Ərəb dilində, 30 minədək nüsxə Osmanlı türkcəsində və 15 minədək nüsxə isə Fars dilindədir.

Kitabxananın əlyazma nüsxələri arasında Qurani-Kərimin müxtəlif dövrlərə aid olan əlyazma nüsxə və kətibələri də var.

Məscidin muzey bölməsində İslam mədəniyyətinin müxtəlif dövlərini əhatə edən eksponantlar mövcuddur ki, burada qədim peyğəmbələrə aid əşyalar və həmçinin İslamın ilk əsrlərində yaşamış səhabələrə aid əsərlər saxlanılır.

Muzeyin "müqəddəs əşyalar" bölməsində Quran nüsxələri, Həzrət Zəhraya (ə) mənsub geyimlər, Peyğəmbərə (s) mənsub əmmamə, geyim dəsti, nəleyin (ayaq geyimi) və sair qorunur. /iqna

kod

 

 

captcha