IQNA

Elmi və mədəni mərkəzlərin İslami məzhəblərin yaxınlaşmasında rolu

12:02 - July 14, 2021
Xəbər sayı: 3490281
Misrin əl-Əzhər İslami Elmlər Mərkəzinin nümayəndələri və rəisinin İrann İslam Respublikasına səfər etməsinin 50-ci ildönümü münasibəti ilə virtual toplantı keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslami Elmlər Mərkəzinin nümayəndələri və rəisinin İrann İslam Respublikasına səfər etməsinin 50-ci ildönümü münasibəti ilə virtual toplantı keçiriləcək.

Virtual toplantıda İslami Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasını baş katibi Höccətul-İslam vəl-müslimin Həmid Şəhriyarı çıxış edəcək.  

Toplantı bu gün, həftənin Çərşənbə Axşamı günü, 14 İyul 2021-ci il, Tehran vaxtı ilə 17:00-dan 19:00-dək live.taqrib.ir internet adresində keçiriləcək.

Bundan əlavə toplantını "abarat.tv" və "andishgah.nlai" instagram səhifələrindən də izləmək mümkün olacaq.

"Elmi və mədəni mərkəzlərin İslami məzhəblərin yaxınlaşdırılmasında rolu" adlı toplantı İslami Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının təşəbbüsü və İran İslam Respublikasının Milli Kitabxana və Sənədlər Təşkilatının həmkarlığı ilə təşkil edilib.

Vebinarda iranlı din alimləri, Suriya müftisi Şeyx Əlauddin Ziətri, Livan alimlər birliyinin üzvü Şeyx Qazi Həninə, Kərbəla universitetinin ustadı Münir Adil Dəəmi, əl-Əzhər İslam Mərkəzinin nümayəndəsi Əbdüs-Səlam Məhəmməd və digərləri iştirak edəcəklər. /iqna

captcha