IQNA

Hacıların ilk qrupu Həcc ayinlərini yerinə yetirməyə başlayıblar - Foto

1:06 - July 18, 2021
Xəbər sayı: 3490314
Hacıların ilk qrupu Şənbə günü, Zil-Hiccə ayının 7-də, səhər saat 6:00-dan ziyarət ayinlərinə başlayıblar. Bu ayinlərin icrası Zil-Hiccənin 8-i, səhər saat 9:00-dək davam edəcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2021-ci ilin (1442 hq) Həcc ziyarətçilərinin ilk qrupu ötən gün, Şənbə, 17 İyul 2021-ci il, Həcc ayinlərini yerinə yetirmək üçün Vəhy diyarına qədəm qoyublar.

Məkkeyi-Mükərrəmənin Nəvariyyə, Zayidiyyə, Şərayi və Hüda mərkəzləri Kəbə evinin qonaqlarına evsahibliyi edir.

Hacılar bu dörd mərkəzdən hərəkət edərək Məscidul-Həramı təvaf edəcəklər.

Hacıların ilk qrupu Şənbə günü, Zil-Hiccə ayının 7-də, səhər saat 6:00-dan ziyarət ayinlərinə başlayıblar. Bu ayinlərin icrası Zil-Hiccənin 8-i, səhər saat 9:00-dək davam edəcək.

Bu üç gün ərzində hər 3 saatda 6 min hacı Beytul-Hərama daxil olacaq və giriş təvafını yerinə yetirəcəklər.  

Qeyd edək ki, iki ildir Kəbə ziyarətçiləri məhdud sayda və bəzi məhdudiyyətlər çərçivəsində ziyarət ayinlərini yerinə yetirirlər.

Səudiyyə Ərəbistanı bu il hacıların sayını 60 min nəfər elan edib ki, hamısı Ərəbistan vətəndaşları və ya Ərəbistanda yaşayan xarici zəvvarlardır. / iqna

 
captcha