IQNA

Məsciddə yoxsul insanlar üçün əməliyyatxana açıldı

13:52 - August 13, 2021
Xəbər sayı: 3490507
Hindistanın Heydərabad şəhərinin yoxsullar yaşayan bölgəsində məscidlərdən biri yerli sakinlərin sağlamlığının qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürüb.

Hindistanın Heydərabad şəhərinin yoxsullar yaşayan bölgəsində məscidlərdən biri yerli sakinlərin sağlamlığının qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürüb.

Şəhərin Şahinnaqar rayonundakı müsəlman ibadətgahında cərrahi prosedurlar üçün əməliyyatxana açılıb. Burada dinindən asılı olmayaraq bütün ehtiyaclı yerli sakinlər üçün tamamilə pulsuz şəkildə əməliyyatlar həyata keçirilir.

Əməliyyatlar könüllü həkimlər tərəfindən keçirirlər.

Xeyriyyə təşkilatının himayəçisi Müctəba Əskəri bildirib ki, son illər şəhərin kənarındakı daxmalarda yaşayan insanlar subasma və kanalizasiya ilə bağlı problemlərlə üzləşib və bu, çirkli su ilə bağlı xəstəliklərin yayılmasına səbəb olub.

Məscidin nəzdindəki klinika hər gün 700-ə yaxın insanı qəbul edir. Müraciət edən xəstələr arasında çox sayda şəkər xəstəsi və ürək problemləri olan insanlar var.

Həkimlər onlarla əməliyyat keçirir, müxtəlif xəstəliklərin müalicəsini həyata keçirirlər.

Xəstələrin bir çoxunun vəziyyət yaxşı deyil, çünki aztəminatlı əhali tibbi xidmətlərdən yararlana bilmirdi.

captcha