IQNA

Dünyanın ən qədim anatomiya kitabının müəllifi müsəlmandır

19:27 - September 16, 2021
Xəbər sayı: 3490756
Sözügedən kitab İslam tibbi sahəsindəki ən dəyərli əlyazmalardan biridir. O, belçikalı həkim Andreas Vezaliya və italiyalı rəssam Leonardo da Vinçinin anatomiya əsərlərindən də qədimidir.

İnsan anatomiyası ilə bağlı ən nadir əlyazamalardan biri artıq Səudiyyə Ərəbistanı paytaxtındakı dövlət kitabxanasındadır.

“İnsan bədəninin anatomiyası” adlı kitab insanın daxili orqanlarının tədqiq və təsvir edildiyi məlum ən erkən kitabdır.

Kitabın müəllifi Mənsur ibn Məhəmməd ibn Əhməd ibn Yusif ibn İlyas əl-Kəşmiridir.

Sözügedən kitab İslam tibbi sahəsindəki ən dəyərli əlyazmalardan biridir. O, belçikalı həkim Andreas Vezaliya və italiyalı rəssam Leonardo da Vinçinin anatomiya əsərlərindən də qədimidir.

Adıçəkilən kitabdakı təsvirlər xətlər və rənglərin peşəkar istifadəsini nümayiş etdirir. Müəllif kitabın yazılma zamanı standart olan İslami miniatür sənətindən istifadə edib

Kitabda sümüklər, sinirlər, əzələlər, venalar, arteriyalar, üz, buyun, qaraciyər və digər orqanlar barədə danışılır. Müəllif həmçinin arteriyaların funksiyalarını və ürəyin mədəciyindən çıxan sağ və sol venaları ətraflı şəkildə təsvir edir. /sawahpress

captcha