IQNA

İran-İraq birlikdə Kərbəlada beynəlxalq Quran sərgisi keçirməyi planlaşdırır

11:05 - October 29, 2021
Xəbər sayı: 3491079
Astan Hüseyninin Darül-Quran nümayəndə heyəti, İranın Quran Nəşriyyat Mərkəzinin üzvləri ilə görüşüb. Onlar Kərbəlada Beynul-hərəmeyndə, beynəlxalq Quran sərgisinin keçirilməsi imkanlarını müzakirə ediblər.

İmam Hüseynin (ə) hərəminə bağlı Beynəlxalq Qurani Təbliğ Mərkəzinin rəhbəri Ustad Müntəzir Əl-Mənsuri, "İQNA"-ya verdiyi xəbərdə belə deyib: "Astan Hüseyninin Quran işləri üzrə baş katibinin müşaviri Şeyx Həsən Əl-Mənsurinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti, İranın Quran Nəşriyyat Mərkəzinin rəhbəri və üzvləri ilə görüşüb."

O, bildirib ki, bu görüş, İranın Ali Quran Şurasının baş katibinin hüzurunda və İran Quran Nəşriyyat Mərkəzinin qərargahında baş tutub. Bu görüşdə tərəflər, Kərbəlada Beynul-hərəmeyndə, beynəlxalq Quran sərgisinin keçirilməsi imkanlarını müzakirə ediblər.

Əl-Mənsuri deyib ki, sərginin İraqda Astan Hüseyninin Darul-Quranı tərəfindən hər il Peyğəmbərin Məbəsi ilə eyni vaxtda keçirilən Ümumdünya Quran Günü proqramı münasibətilə keçirilməsi planlaşdırılır. Burada Qurani-Kərimin müxtəlif cildlərdə, ölçülərdə və nəşrlərdə nüsxələri nümayiş etdirilməklə yanaşı, Quran ayələrinin bədii rəsmləri də nümayiş etdiriləcək.

İran-İraq birlikdə Kərbəlada beynəlxalq Quran sərgisi keçirməyi planlaşdırır

İran-İraq birlikdə Kərbəlada beynəlxalq Quran sərgisi keçirməyi planlaşdırır

İran-İraq birlikdə Kərbəlada beynəlxalq Quran sərgisi keçirməyi planlaşdırır

4008731

captcha