"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, dünən (çərşənbə) açıqlanan illik hesabatda Avropada islamofobiya fenomeninin gücləndiyi bildirilir.
"İslamofobiya 2020 üzrə Avropa Hesabatı" adlı 886 səhifəlik hesabatda deyilir: "Son 6 ilə nəzər saldıqda görürük ki, bir çox müşahidəçilər yekdilliklə Avropada islamofobiya vəziyyətinin yaxşılaşmadığını, əksinə daha da gücləndiyini qəbul edirlər."
Hesabatın müəllifləri İstanbuldakı İstanbuldakı Alman-Türk Universitetinin beynəlxalq əlaqələr üzrə ustadı Ənəs Birqeli və Vaşinqtondakı Corctaun Universitetinin politoloqu Fərid Hafizdir. Onlar deyib ki, İslamofobiya 2020-nin siması olaraq Fransa prezidenti Emmanuel Makronun adını seçmələrinin səbəblərindən biri də onun islamofob olmasıdır.
4024711