"İQNA", "Dublin Live"-a istinadən xəbər verir ki, Dublin şəhərindəki bir qrup müsəlman qadın, sərt qışda qida ehtiyatlarının xilaskar ola biləcəyinə inanaraq, Milad və Yeni il bayramlarında heç bir evsizin ac qalmamasına çalışıb.
Ötən həftə və xüsusilə Milad ərəfəsində "Eire Müsəlman Bacıları" könüllü qrupunun üzvləri ehtiyacı olanlara "həyat çantaları" çatdırmaq üçün küçələrə çıxıblar.
Qrupun lideri Lorraine Okonnor, bildirib ki, çantalarda evsizlər üçün sağlamlıq əşyaları, papaqlar, əlcəklər, şərflər və digər zəruri əşyalar olub.
4025382