IQNA

Hyuston Muzeyində İslam İncəsənət Qalereyası böyüdülür

18:50 - February 12, 2022
Xəbər sayı: 3491728
Hyuston Gözəl Sənətlər Muzeyi 2023-cü ilin əvvəlində yeni qalereyaların açılışı ilə İslam Tarixi Torpaqlarının incəsənət bölməsi üçün qalereya yerini ikiqat artırır.

"İQNA", "Houston Culture Map"-ə istinadən xəbər verir ki, yeni qalereyalarda yüzlərlə digər əsər, o cümlədən 1000 ildən çox əvvələ aid rəsmlər, əlyazmalar, keramika, xalçalar və metal işləri nümayiş etdiriləcək.

Muzey rəhbərliyi bildirir ki, əsərlər indiki Hindistan, Pakistan, Əfqanıstan, Özbəkistan, İran, İraq, Suriya, Türkiyə, Misir, Tunis, İspaniya və Mərakeş daxil olmaqla İslam tarixi yerlərinin genişliyini əks etdirəcək.

Bu inkişaf planı ilə Hyuston Gözəl Sənətlər Muzeyi İran sivilizasiyasının şah əsərlərindən diqqətəlayiq əsərləri, eləcə də Əl-Sabah Kolleksiyasından əmanət götürülmüş əşyaları öz daimi kolleksiyasında sərgiləyə bilər. İran əsərləri dünyada İran incəsənətinin ən böyük şəxsi kolleksiyalarından biri olan Hüseyn Əfşarın kolleksiyasından əmanət götürülmüşdür.

Digər qiymətli parçalara Mərakeş əlyazması ilə yazılmış Quran və 17-ci əsrə aid fars ipək xalçası daxildir.

4035370

captcha