IQNA

Fransada müsəlman futbolçuya qarşı edilən irqçiliyə etiraz olunub

14:38 - February 24, 2022
Xəbər sayı: 3491802
Əlcəzair Futbol Federasiyası Fransa çempionatında çıxış edən Əlcəzair milli komandasının oyunçusuna qarşı verilən irqçi şüarlara etiraz edib.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Əlcəzair Futbol Federasiyası fransız tamaşaçıların Əlcəzair millisinin üzvü Yusif Bleyliyə qarşı irqçi davranışına etiraz edib. Həmçinin ona qarşı verilən irqçi şüarları qınayıb. Əlcəzair Futbol Federasiyası bu davranışı barbarlıq adlandırıb.

Bu Federasiya açıqlamasında Fransa birinci divizionunun stadionunda klubu Brest ilə Renn matçında irqçi şüarların hədəfinə çevrilən Yusif Bileyə güclü dəstək verdiyini bildirib.

4038277

captcha