IQNA

Qambiya Afrika İslam Maliyyələşdirmə Sammitinə ev sahibliyi edəcək

9:55 - February 28, 2022
Xəbər sayı: 3491820
Afrika İslam Maliyyələşdirmə Sammitinin səkkizinci buraxılışı qitənin iqtisadi potensialını araşdırmaq üçün Qambiyada keçiriləcək.

"İQNA", "Pakistan Observer"-ə istinadən xəbər verir ki, sammitin bu il martın 23-də "Sir Dawda Kairaba Jawara" Beynəlxalq Konfrans Mərkəzində keçirilməsi və iki günlük seminarla davam etməsi planlaşdırılır. Bu tədbirin məqsədi regionun sosial-iqtisadi faydaları üçün bütöv Afrika maliyyə bazarını araşdırmaqdır.

Tədbirin təşkilatçılarından olan Məhəmməd Zübeyr Moğol Afrikada İslam maliyyələşdirmə sənayesinin gələcəyi ilə bağlı çox nikbin olduğunu bildirib.

O, bildirib ki, indi hökumətlərin İslam maliyyələşdirmə məfhumlarından istifadə edərək düzgün maliyyə qərarları qəbul etməsi üçün yaxşı vaxtdır. Afrika liderləri regionun inkişafı üçün düzgün istiqamətdə hərəkət edirlər. Onlar öz sosial-iqtisadi məqsədləri üçün İslam maliyyə sisteminin əhəmiyyətini nəzərdən keçirəcəklər.

4038743

Teqlər: qambiya ، afrika ، İslam ، maliyyə ، sammit
captcha