IQNA

Yeni Zelandiyanın halal ət sənayesində qəssab çatışmazlığı var

10:34 - February 28, 2022
Xəbər sayı: 3491821
Yeni Zelandiyada dərc edilən yeni hesabatda ölkənin cənub bölgəsində yüzlərlə işçinin işini itirmək riski ilə üzləşdiyi və bölgədəki halal ət emalı şəbəkəsinin qəssab çatışmazlığı səbəbindən bağlana biləcəyi barədə xəbərdarlıq edilib.

"İQNA", "Otago Daily Times"-ə istinadən xəbər verir ki, Yeni Zelandiya Ticarət, İnnovasiya və Məşğulluq Nazirliyinin açıqladığı son hesabatda göstərilir ki, Southland bölgəsində (Yeni Zelandiyanın Cənub adası) halal kəsim olmaması səbəbindən bölgənin ət emalı sektoru əhəmiyyətli dərəcədə zəifləyib.

Hesabatda deyilir ki, bu çatışmazlığın potensial nəticələri yüzlərlə işçinin işini itirməsi bahasına başa gələ bilər.

Lorenville Et Fabriki İstehsalının Baş Meneceri Willie Wiese deyib ki, hazırda altı halal ət kəsən qəssabımız var. Lakin istehsal zəncirində qalmaq üçün daha altı qəssaba ehtiyacımız var.

4038750

captcha