IQNA

Nigeriyada "Cümə axşamı həyatımızı Quranla yaşayaq" podkastı yayımlanıb

10:37 - February 28, 2022
Xəbər sayı: 3491822
İranın Nigeriyadakı Mədəniyyət Müşaviri tərəfindən "Cümə axşamı həyatımızı Quranla yaşayaq" adlı ikinci podkast kiberməkanda yayımlanıb.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, İranın Nigeriyadakı mədəniyyət müşaviri Qurani-Kərimin təlimlərini, düzgün oxunmasını, onun düzgün təfsirini bütün dünyada, xüsusilə Nigeriyada tanıtdırmaq üçün çalışır. O, "hər cümə axşamı həyatımızı Quranla yaşayaq" mövzusu ilə ölkəmizdə istehsal olunan Quran podkastları ilə birləşdirilmiş kliplər toplusu hazırlatdırıb. Həmçinin onları kiberməkanda, sosial səhifələrdə və bu agentliyə aid digər şəbəkələrdə dərc etdirib.

Bununla əlaqədar olaraq, Nəml surəsinin 6-9-cu ayələrinin qiraətini özündə əks etdirən və ingilis dilində təfsir edilən bu kliplərin ikinci toplusu ötən cümə axşamı, fevralın 24-də işıq üzü görüb.

Bu klipi əldə etmək istəyənlər https://www.facebook.com/iranianconsulateabuja/videos/523064579443104https://www.youtube.com/watch?v=owCSyfoZQFA&t=13s linklərinə daxil ola bilərlər.

4038789

Teqlər: nigeriya ، quran ، podkast ، qiraət ، təfsir
captcha