IQNA

Keniyanın 2030-cu il baxışında İslami maliyyələşdirmə sisteminin rolu

17:41 - March 01, 2022
Xəbər sayı: 3491831
İslam maliyyələşdirməsi Keniyada regional rəqabət üstünlüyünə malik olan əsas sahələrdən biridir. Bu sektor "Kenya 2030 Baxışı" adlı inkişaf planının məqsədlərinə uyğun olaraq ölkə iqtisadiyyatının sıçrayışı üçün platformadır.

"İQNA", xəbər verir ki, müasir dünya iqtisadiyyatında maliyyələşmə müxtəlif iqtisadiyyatların artımında həlledici rol oynayır. Maliyyə sənayesi biznes subyektlərinin və investorların əmanətlərini saxlamaqla, onları ticarət və xidmətlərin müxtəlif sahələrinə investisiya yatırmağa yönəltməklə müasir iqtisadiyyatda mühüm rol oynayır.

Keniyanın 2030-cu il baxışında İslami maliyyələşdirmə sisteminin rolu

Afrikanın inkişaf etməkdə olan ölkələrindən biri olan Keniya iqtisadiyyatına böyük investorlar cəlb edə bilib. Bu arada, bu ölkədə müsəlman əhalinin olması səbəbindən islam maliyyələşdirmə sahəsi böyüyür. Son illərdə Keniya Şərqi Afrikada İslam maliyyə mərkəzi kimi özünü təsdiq etmişdir. Müsəlmanlar isə əhalinin təxminən 11 faizini təşkil edir.

Keniyanın 2030-cu il baxışında İslami maliyyələşdirmə sisteminin rolu

Keniyada İslami maliyyələşdirmə xidmətlərinin tətbiqi 1990-cı illərin əvvəllərinə təsadüf edir. Keniya Mərkəzi Bankı o zaman maliyyə institutlarına İslami xidmətlər göstərmək üçün lisenziyalar verməyə qərar verdi və bu sahəyə investorları cəlb etməyə çalışdı.

4032148

captcha