IQNA

Oman Quran yarışları iki illik fasilədən sonra keçiriləcək

20:27 - March 07, 2022
Xəbər sayı: 3491876
Kovid 19-un baş verməsi səbəbindən iki illik fasilədən sonra Oman yenidən Sultan Qabus adlı milli Quran müsabiqəsini keçirəcək.

"İQNA", "Times of Oman"-a istinadən xəbər verir ki, Oman Xəbər Agentliyinin məlumatına görə, Sultan Qabus Quran müsabiqəsi Kovid 19 epidemiyası səbəbindən iki illik fasilədən sonra bərpa olunacaq.

Seçmə mərhələlər avqustda, sonra isə 2022-ci ilin noyabrında final mərhələsinə start veriləcək.

Müsabiqənin qalibləri və onların təqdir olunması 2022-ci ilin dekabrında elan ediləcək.

Bu müsabiqə ilk dəfə 1992-ci ildə üç fənn üzrə başlayıb.

4040859

Teqlər: oman ، quran ، müsabiqə ، qaliblər ، qiraət
captcha