Beynəxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Ayətullah Seyyid Abdullah Fatiminiya 76 yaşında vəfat edib.
O,1946-cı ildə Təbrizdə anadan olub. Ayətullah Fatiminiya məşhur xətib, əxlaq ustadı, İslam tarixi üzrə mütəxəssis və kitabşünas idi. O, həmçinin rical elmində və nəzəri irfanda mütəxəssis idi. Habelə Nəhcül-bəlağə və Səhifeyi-Səccadiyyəni də şərh edirdi. Ayətullah Fatiminiyanın xütbələri İran televiziyalarında tez-tez yayımlanırdı.