IQNA

İsveçdə neçənci dəfədir ki, Quran yandırılır

14:16 - May 29, 2022
Xəbər sayı: 3492309
İsveç-Danimarkalı ekstremist siyasətçi Rasmus Paluden, İsveçdə Quran yandırmaq turuna başlayıb. O, son anti-islam hərəkətində İsveçin cənubundakı Landskrona qəsəbəsindəki parkda Quran nüsxəsini yandırıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Paluden bu din əleyhinə hərəkatı İsveç polisinin dəstəyi ilə həyata keçirib. Onun rəhbərlik etdiyi Danimarkanın Hard Line Partiyası bu addımı cümə günü, mayın 27-də Facebook səhifəsində canlı yayımda elan edib.

Paluden bundan əvvəl də ötən Ramazan ayı ərzində İsveçdə müsəlmanlar yaşayan yerlərdə və onların məscidləri yaxınlığında Quranı yandıraraq müsəlmanlara qarşı təxribat xarakterli hərəkətlər etmişdi. İsveç polisi isə onu himayə etmişdi.

Quranın yandırılmasından sonra Uppsala Böyük Məscidi qarşısında müsəlmanlar tərəfindən etiraz aksiyaları keçirilib və bu, qarşıdurmalara səbəb olmuşdu.

4060349

captcha