IQNA

Misir İslam Muzeyinin ehtiyaclı insanlar üçün xüsusi proqramı

8:17 - July 26, 2022
Xəbər sayı: 3492612
Misir İslam İncəsənət Muzeyinin Təhsil Şöbəsi xüsusi ehtiyacı olan bir qrup insan üçün bu muzeydəki əsərlərdən istifadə etməklə maarifləndirici proqram keçirib.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Bu təhsil proqramı bu yaxınlarda Misirin Kopt İncəsənət Muzeyi ilə birgə keçirilən "Çıraq və Çıraqdan" adlı müvəqqəti sərgi ilə bağlı proqramın bir hissəsidir.

Xüsusi qayğıya ehtiyacı olan insanların daxil olduğu bu proqramın iştirakçıları bu sərgini ziyarət etdikdən sonra maarifləndirici seminarda da iştirak ediblər.

Bu seminar muzey daxilində nümayiş etdirilən mövcud Quran kolleksiyasından istifadə etməklə İslam dininin əsaslarını və təlimlərini Quran vasitəsilə izah etmək məqsədi ilə keçirilib.

4072975

captcha