IQNA

Türkiyəli qari “Hubbul-Hüseyn” surudunu oxuyub

17:42 - August 01, 2022
Xəbər sayı: 3492651
Kiberməkanda türkiyəli gənc qiraətçi Məhəmməd Yəhya Yıldızxanın oxuduğu İmam Hüseynin (ə) vəsfində olan məşhur “Hubbul-Hüseyn” əsərinin videosu yayımlanıb.

“İQNA”, xəbər verir ki, bu videoda Məhəmməd Yəhya Yıldızxan məşhur “Hubbul-Hüseyn” surudunu gözəl ifa edib. Onun mətni belədir:

Hüseynin (ə) sevgisi xoşbəxtlərin yoludur

Onun nuru bütün dünyanı bürüyüb

O, Məhəmməd Mustafanın (s) nəvəsidir ki, o həzrətin bütün nəsli ondan davam edir.

Onun nurlu siması ilə hər bir iqlim və hər bir diyarı işıqlandırılmışdır.

O, xeyirxah və əcdadı da xeyirxahdır. Onun əcdadı insanların ən yaxşısı və şəfaətçilərin ağasıdır.

kod

4074688

captcha