IQNA

Danimarkada aşağı sinif şagirdlərinə hicab qadağan edilə bilər

18:19 - August 27, 2022
Xəbər sayı: 3492811
Danimarkada aşağı siniflərdə oxuyan şagird qızlara hicab taxmağı qadağan etməyi təklif edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu fikri həm dövlət komissiyasının başçısı, həm Holbek şəhərinin meri olan Kristina Hansen irəli sürüb.

O deyir ki, qızlar ibtidai siniflərdə hicab taxmamalıdırlar.

Həmçini dövlət məktəblərilə yanaşı, özəl məktəblərdə də bu məhdudiyyətin tətbiq edilməsi təklif edilib.

Komissiya tərəfindən məktəblərdə bütün dini simvolların da qadağası təklif edilib.

 

captcha