IQNA

2022 Qətər Dünya cempionatında İslam incəsənətinin təqdimatı olacaq

11:43 - October 05, 2022
Xəbər sayı: 3493027
Qətər İslam İncəsənət Muzeyi İslam mədəniyyətini və incəsənətini tanıtmaq üçün 2022-ci ildə futbol üzrə dünya çempionatının bu ölkədə keçirilməsi imkanından istifadə etməyə çalışır.

"İQNA", "Ər-Rəyə"-yə istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohadakı İslam İncəsənət Muzeyinin ən yaxşı şəkildə təchiz edilməsi üçün səylər davam edir.

Bu muzey təmirdən sonra oktyabrın 5-də yenidən açılacaq. Dünya cempionatı keçirilərkən Qətərin ev sahibliyi edəcəyi tamaşaçıların bir hissəsinə muzeyi dünyanın böyük muzeylərindən biri kimi tanıtmaq üçün əla fürsətdir.

Bu muzey icmaları bir araya gətirmək və eyni zamanda müxtəlif forma və növlərdə İslam incəsənətinin tutarlı mənzərəsini təqdim etmək üçün bu fürsətdən maksimum istifadə edəcək.

Müasir texnologiyalardan istifadə etməklə, interaktiv displeylər və multimedia proqramları bütün muzeydə ziyarətçiləri, uşaqları və böyükləri özünə cəlb edir.

4089571

captcha