IQNA

Şarcə İslam Muzeyində onlarla nəfis Qurani-Kərim sərgilənib

13:09 - November 05, 2022
Xəbər sayı: 3493205
Şarcə Muzeyləri İdarəsi Şarcə İslam Sivilizasiyası Muzeyində Həmid Cəfərin Quran kolleksiyasından bir sıra nadir Quran əlyazmalarını və İslam xəttatlığını nümayiş etdirib.

"İQNA", "National"-a istinadən xəbər verir ki, Şarcə hökmdarı Şeyx Sultan ibn Məhəmməd Əl-Qasimi Şarcə Muzeyləri İdarəsinin təşkil etdiyi “Müqəddəs sözlər, əbədi xəttatlıq: Həmid Cəfərin Quran kolleksiyasından müstəsna xəttatlığın məqamları” adlı sərginin açılışını edib.

Bu sərgidə Quranın 50-dən çox nadir əlyazma nümunələrindən ibarət seçmə ilk dəfə sərgilənib. Bu sərgi gələn il martın 19-dək Şarcədəki İslam Sivilizasiyası Muzeyində açıq olacaq. Bu, ərəb xəttatlığının tarixi və onun İslam sənətinin zənginləşməsindəki rolu haqqında məlumatın artırılması məqsədi ilə muzey rəhbərliyinin səylərinin bir hissəsidir.

Sharcə Muzeylərinin baş direktoru Mənal Ətaya deyib: "Biz bu sərgini keçirməkdən məmnunuq. Xəttatlıq İslam sənətinin ən fundamental elementlərindən biridir və dünyanın bir çox mədəniyyətinə təsir etmişdir. Bu sərgi ilə ziyarətçilərimizi nadir İslam əlyazmaları və xəttatlığın mənşəyi, üsulları və məktəbləri ilə tanış etməyə ümid edirik.

Sərgidə nümayiş etdirilən əsərlər İslam sənətinin tərəqqisini nümayiş etdirir. Eyni zamanda onların istehsal olunduğu məkanın və dövrün estetikasını əks etdirir.

4096720

captcha