IQNA

İsveç Ali Məhkəməsi hicab qadağasının ləğvi ilə bağlı qərarı təsdiqləyib

11:28 - December 11, 2022
Xəbər sayı: 3493394
İsveç mətbuatı bu ölkənin Ali Məhkəməsinin müsəlman məktəbli qızların hicabını dəstəklədiyini yazıb. Stephensthorpe Bələdiyyəsinin 2019-cu ildə qəbul etdiyi qadağa söz azadlığı qanunlarını pozduğu üçün ləğv edilib.

"İQNA", "Nagaland Post"-a istinadən xəbər verir ki, Qadağa məktəbə hazırlıqda və ibtidai məktəblərdə uşaqların hicab taxmasını qadağan edirdi. Bu, praktiki olaraq 12 yaşından kiçik uşaqlar üçün hicab taxmağın qadağan edilməsi ilə nəticələnirdi.

İsveç parlamentinin konstitusiya komitəsi, istər xüsusi məktəblərdə, istərsə də daha geniş ictimaiyyətdə olan uşaqlar üçün hicabı qadağan edən qanunla bağlı planlarının olmadığını açıqlayıb.

Skopyedə İsveç Demokratları tərəfindən idarə olunan başqa bir bələdiyyə, uşaqlar, məktəbə hazırlıq və ibtidai məktəb işçilərinin hicabını qadağan etməyə çalışıblar.

Bundan əvvəl inzibati məhkəmə iki bələdiyyənin həyata keçirmək istədiyi hicab qadağasının həm Avropa İnsan Haqları Konvensiyasına, həm də İsveç konstitusiyasında dini etiqad azadlığının qorunmasına zidd olduğu barədə qərar çıxarmışdı.

Hər iki bələdiyyə bir neçə ildir ki, hicab məsələsinin arxasınca düşüb.

Hakim Ulrik von Essen mətbuata açıqlamasında deyib: "Hicab taxmaq hüququnun məhdudlaşdırılması fərdlərə təsir edir və buna görə də ifadə azadlığının məhdudlaşdırılmasıdır. Məhdudiyyətin icazəli olması üçün onun qanunla dəstəklənməsi lazımdır. Bu hüquqi müdafiə milli qanunlarda yoxdur və buna görə də bu bələdiyyələrin qərarı ləğv edilməlidir".

4105714

captcha