Allahın bizə verdiyi ağıl və düşüncə yaxşını və pisi dərk etməyə kömək edir. Biz ağlımızla zülmün pis, ədalətin xeyirli olduğunu başa düşürük. Həmçinin inanırıq ki, Allah pis işlər görməz və zülm etməz. Çünki insanlarda gördüyümüz bütün zülmlər aşağıdakı mənbələrdən birindən qaynaqlanır:
1- Cahillik: Bəzən cəhalət zülmün köküdür. Məsələn, ağ və qara irq arasında fərq olmadığını bilməyən, üstünlük illüziyası ilə qara dəriliyə zülm edər. Bu zülmün kökü cəhalət və ya eqoizmdir.
Ona görə də insan ola bilər ki, cəfəng fərziyyələr, yanlış anlayışlar və cəhalətlə iş görə bilər ki, bunun nəticəsi zülmdən başqa bir şey deyil. Ancaq cəhalətin heç bir yolu olmayan və elmi sonsuz olan Allahdan necə zülm baş verə bilər?
2-Qorxu: Bəzən zülmün səbəbi qorxudur. Məsələn, bir qüdrət sahibi öz rəqibinin gücündən qorxar və hücum etməsə, ona hücum ediləcəyindən qorxar. Bunun qarşısını almaq üçün ona zülm edər. Yaxud da öz qüdrətlərinin əsaslarını gücləndirmək və azadlıq axtaranlara hakim olmaq üçün zor və zülmə əl atırlar. Bəs Allahın rəqibi varmı? Yoxsa qüdrətini gücləndirməyə ehtiyac varmı?
3- Ehtiyac: Bəzən zülmün səbəbi ehtiyacdır. Maddi və ya ruhi ehtiyaclardır ki, kimisə pis bir iş görməyə məcbur edə bilər və başqasına zülm edə bilər.
4- Daxili pislik. Bəzi vəhşiliklər insanların daxili bədxahlığından qaynaqlanır; Bəzi insanlar ruhi xəstəliklərə görə başqalarını incitməkdən və ya onlara əziyyət verməkdən həzz alırlar.
5 – Kin-küdurət. Bəzən insan kin-küdurəti olduğu üçün başqalarını incidir. Başqalarının zülmündən, ya uğursuzluqdan, ya da gözləntilərinin yerinə yetirilməməsindən ötəri başqalarına zülm edir. Bu yolla intiqam almaq və özünə təsəlli vermək istəyir.
İndi zülmün köklərini bildiyimiz üçün düşünməliyik ki, siz bunların hansını Allahda tapırsınız ki, kimsə Allahda zülmün motivi olduğunu təsəvvür edə bilsin. Bir halda ki, Allah bir zərrə qədər də zülm etmir: “Allah heç kəsə zərrə qədər də zülm etməz” (Nisa, 40). "Rəbb heç kəsə zülm etməz” (Kəhf, 49). "Xurmanın ortasında olan nazik sap qədər də zülm etməz" (İsra, 71).
Allah nəinki heç kimə zükm etmir, hətta heç bir varlığa zülm etmək belə istəmir. "Allah, aləmlərə zülm etmək istəmir" (Ali-İmran, 108).
Bizə ədalətli olmağı əmr edən Allah, “Allah ədaləti və yaxşılığı əmr edir” (Nəhl, 90) necə zülm edə bilər? Allah mütləq elm, mütləq hikmət və mütləq lütf sahibidir. Belə olan Allah Necə ola bilər ki, üsyankar instink tufanında olan zəif bir insana əmr etsin ki, bir qövmla ədavət və narahatçılığına görə ona zülm etməsin, "Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin" (Maidə, 8). Amma heç bir instinktdən təsirlənməyən sonsuz güclə Özü zülm etsin?!