IQNA

Quranda tövhid / 10

Allah qarşısında razılıq və təslim olma məqamı

11:47 - January 11, 2023
Xəbər sayı: 3493550
“Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar”. Bu ayədə qeyd olunan məqam insanın əldə edə biləcəyi ən yüksək məqamdır və qarşılıqlı razılıqla səadətə çatır.

"İQNA"-nın verdiyi məlumata görə, müəllif və dini tədqiqatçı höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi “Quranda tövhid”in onuncu mühazirəsində Allah qarşısında razılıq və təslim olma məqamını açıqlayıb. Onu aşağıda oxuya bilərsiniz:

Ariflərin məqamlarından biri də razılıq məqamıdır. Bu da insanın şükür etməklə yanaşı, Allah-Təalanın qayğı və lütfündən razı qalacağı məqama çatması deməkdir. Məmnunluq məqamı səbir məqamından yüksəkdir.

"Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə sən Ondan razı olaraq, O da səndən!" (Fəcr, 27-28). "Raziyyə" sən Allahdan razısan, "Mərziyyə" isə Allah səndən razıdır deməkdir. Əsasən, bu, qarşılıqlı razılıqdır. Dedilər ki, bilmək istəyirsən, Allah səndən razıdır, ya yox? Ürəyinə müraciət et. Sən Allahdan nə qədər razısansa, Allah da səndən bir o qədər razıdır.

Razılıq birtərəfli deyil. “Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar” (Mücadələ, 22). Əlbəttə ki, məmnunluq hər çətinliyə təslim olmaq demək deyil. Dərs oxumayıb və qəbul olmayan adam kimi ki, sonra da “Allahın rizasından razıyam” deyir və öz tənbəlliyinə razılıqla haqq qazandırmaq istəyir. Bu məqbul deyil. Bu, Quran təlimləri və əmr be məruf və nəhy əz münkər məktəbi olan şiə təfəkkürü ilə ziddiyyət təşkil edir. Haqsızlıqlara, zülmlərə qarşı durmaq lazımdır və burada arxayınlığa yer yoxdur.

Dediyimiz məmnunluq odur ki, cəhd etmisən, amma heç yerə çatmamısan, burada nə etməlisən? Burada nəyə nail olmağınızdan asılı olmayaraq, sizin üçün nəzərdə tutulandan razı olmalısınız. Hər iki halda Allahın iradəsindən razı olmaq, insanın qəlbində heç vaxt məyus olmayacağı və ümidsizliyə və çıxılmaz vəziyyətə düşməyəcəyi deməkdir.

Cənnətdə ən yüksək məqam məmnunluqdur. "Allahın razılığı daha böyükdür, böyük uğur budur" (Tövbə, 72). Rizvan cənnəti ən yüksək cənnətdir. Razı olan insanların bəziləri üçün cənnət qiyamət günü olcaq. Bəziləri üçün isə cənnət ölüm anında, bəziləri üçün isə cənnət dünya həyatında başlayacaq. Bunlar o şəxslərdir ki, Allahın razılığı ilə razıdırlar.

O zaman ki, bilirik dünya işi qüdrətli Allah-Təala kimi bir hikmət sahibinin əlindədir və O, hər şeyi bilir, səy göstəririk, eyni zamanda Onun rizasına da təslim oluruq.

3968711

captcha