IQNA

Misirin Menya vilayətində 250 illik məscid

19:44 - February 14, 2023
Xəbər sayı: 3493702
Menya əyalətinin Malavi şəhərindəki Əsqəlani məscidi bu əyalətin 250 yaşı olan ən qədim məscididir.

"İQNA", "Ən-Nəbə" saytına istinadən xəbər verir ki, Menya əyalətinin Malavi şəhərindəki Əsqəlani məscidi təxminən 250 il əvvəl tikilmiş bu vilayətin ən qədim məscidlərindən biridir. Bu, məscid tikintisi sahəsində gözəl və unikal model hesab olunur.

Bu məscid hicri 1193-cü ildə (miladi 1779) tikilmişdir. Əsqəlan meydanının yaxınlığında yerləşir. Bundan əlavə, Şeyx Əsqlani türbəsi də orada yerləşir.

Əsqəlani məscidində müasir mehrab var, o da gözəl suvaqla bəzədilib.

Memarın adının həkk olunduğu məscidin girişində Şeyx Əsqəlani haqqında da yazılır: “O, məzarına gələnlərin hamısına aramlıq verən Əsqəlanidir”.

4121915

captcha