IQNA

Quran surələri / 63

Quranda münafiqlərin xüsusiyyətləri və davranışları

22:21 - February 26, 2023
Xəbər sayı: 3493759
Nə vaxt həqiqət axtaranlar, vicdanlı insanlar müxtəlif qruplara doğru yol göstərsələr, bu cərəyanın əleyhinə olanların mənafeyi təhlükə altına düşür; Məhz belə bir vəziyyətdə bu dəyişiklikləri qəbul etmiş kimi görünürlər. Lakin ürəklərində bu hərəkatda bir sapma yaratmağa çalışırlar. Qurani-Kərim bu davranışı “münafiqlik” kimi təqdim edir.

Qurani-Kərimin 63-cü surəsi “Münafiqun” adlanır. 11 ayədən ibarət bu surə Qurani-Kərimin iyirmi səkkizinci cüzündə yer almışdır. Mədinə də nazil olan bu surə Peyğəmbərə (s) nazil olan yüz beşinci surədir.

“Münafiqun” “münafiq” sözünün cəmidir. Münafiq daxildə kafir olan, lakin zahirdə müsəlman olduğunu iddia edən şəxsdir.

Bu surə münafiqlərdən, onların xüsusiyyətlərindən və davranışlarından bəhs edir. Həmçinin onların müsəlmanlara qarşı güclü düşmənçiliyini göstərir. Bu surə Peyğəmbərə (s) münafiqlərin təhlükəsindən ehtiyatlı olmağı tövsiyə edir. Habelə möminlərə Allah yolunda bağışlamağı və nifaqdan çəkinməyi tövsiyə edir.

Bu surə onların həqiqi üzünü göstərməklə münafiqlərin müsəlmanlara qarşı məkrli planlarını göstərir. Həmçinin onların Allahın əfv və rəhmətindən məhrum olmasından bəhs edir. Dünya həyatı, mal-dövlət, məqam və övlad kimi Allahı yad etməyi unutmağa səbəb olan amilləri xatırladır.

Münafiqlər və onların tanınması məsələsi İslamın yayılmasının əvvəlindən çox önəmli olmuşdur. Çünki onların sözləri və davranışları müsəlmanların müxtəlif qrupları arasında ixtilaflara səbəb olmuşdur. Münafiqlərin xüsusiyyətlərini vurğulayan bu surə münafiqləri tanımaq və müsəlmanları onlardan uzaq tutmağın zəruriliyindən bəhs edir.

Bu surədə bəhs edilən münafiqlərin xüsusiyyətlərindən bunları qeyd edə bilərik:

İkiüzlülüyün ilk əlaməti zahirlə batinin fərqli olmasıdır; Dilləri ilə iman gətirdiklərini deyirlər, lakin qəlbləri ilə inanmırlar. Onların başqa bir əlaməti odur ki, sözlərinə görə and içməyə sığınırlar. Məqsədlərinə çatmaq üçün and içirlər. Əslində isə bu üsul insanların haqqa çatmalarına əngəl törədən bir vasitədir.

Onların zahiri də cazibəli və maraqlıdır. Şirin və cəlbedici ifadəyə malikdirlər. Halbuki onların ruhsuz bədənləri, mənasız üzləri, içi boş bədənləri var. Divara söykənən quru çubuqlar kimi onların müstəqillikləri və qərar qəbul etmək iradələri yoxdur. Qəlblərində və ruhlarında həmişə qəribə bir qorxuları var. Bütün məsələlərdə həmişə şübhələri var və bədbindirlər.

captcha