
Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”də olan xütbələrinə istinad edərək, ailə və qohum-əqrəbanın məqamı haqqında danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz:
Bugünkü söhbətimiz Nəhcül-bəlağədə Əmirəl-möminin Əlinin (ə) iyirmi üçüncü xütbəsi ilə bağlıdır. Həzrət Əmirin (ə) bu xütbədə çox gözəl bir ifadəsi var ki, bu, ailə sosiologiyası və yaxınlara diqqət baxımından çox düşündürücü bir ifadədir. Bu gün biz də bu ifadəni və təsviri sosial reallıq kimi başa düşürük və bu barədə nəzəriyyələr irəli sürə, nəzəri əsaslandırmalar verə bilərik.
İmam Əli (ə) bu xütbədə buyurur: "Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-təalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır".
Bu məsələ İran cəmiyyətində sübuta yetirilib ki, ailə xalq arasında xüsusi yer tutur və onlar üçün güclü dayaqdır. Bu dəstəyi qoruyub saxlamaq və zəiflətməmək üçün səy göstərilməlidir. Əlbəttə ki, ailə institutunu müxtəlif yollarla gücləndirmək olar. və elə hərəkət etmək olar ki, möhkəmlənmə şəkil və formadan daha çox məzmun və məna kəsb etsin.
Məncə, hətta sileyi-rəhm (qohumlarla münasibət) sözdlə dəstək və quru fiziki ziyarətlərdən daha məzmunlu və mənalı və həqiqi dəstək və yardımla müşayiət oluna bilər. Əlbəttə ki, heç kim fiziki eniş-yoxuşları inkar etmir, amma önəmli olan odur ki, bu sahədə əsl dərdləşmək və həmrəylik var.
3971064