IQNA

Yəmən Universitetində Quran hafizləri olan qadınlar təqdir olunub

12:14 - May 19, 2023
Xəbər sayı: 3494189
Yəmənin "Ədn" Quran və İslam Elmləri Universiteti Qurani-Kərimin 47 hafizi olan qadını mərasim keçirərək təqdir edib.

"İQNA", "Əl-Sahvə.net"-ə istinadən xəbər verir ki, "Ədn" Quran və İslam Elmləri Universiteti 47 Quran hafizi olan qadını bir mərasim keçirərək mükafatlandırıb. Həmin qadınlar 2022-2023-cü tədris ilində bu universitetdə təhsil alıblar.

Mənəviyyatla dolu bir atmosferdə keçən bu mərasimdə bu qəyyumlardan bir neçəsi əldə etdikləri böyük nailiyyətdən razı qaldıqlarını bildiriblər.

Quran və İslam Elmləri Universitetinin ustadları həmçinin hafizlərdən və tələbələrdən Qurana olan beyətlərinə sadiq qalmalarını, onun təlimlərinə əməl etmələrini və başqalarına öyrətməyi özlərinə başlıca vəzifə tutmalarını istəyiblər.

Quran hafizi tələbələrin nümayəndəsi də Quran hifzi ilə bağlı özünün və digər hifzi hisslərini dilə gətirdi və universitet rəhbərliyinin bu ali məktəbin keyfiyyət səviyyəsinin yüksəldilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi və təşəkkür etdi.

Bu tələbələrin bir çoxu Quranı bütövlükdə əzbərləmək üçün xüsusi Quran hifzi kurslarında iştirak edərək uğur qazanırlar. Yəmənin Quran və İslam Elmləri Universitetinin fəaliyyətinin davam etdirilməsi ilə bu ölkədə İslam və Quran elmlərinin yeni qari, hafiz və tədqiqatçı nəslinin yetişəcəyi gözlənilir.

4141393

captcha