Allahın təkliyinin müxtəlif əlamətləri vardır ki, onlardan 3-nü aşağıda oxuyuruq:
1_ Peyğəmbərlərin göndərilməsi
Allahın təkliyinin dəlillərindən biri də Həzrət Əlinin (ə) kəlamında bəyan olunmuşdur: "Əgər başqa bir tanrı olsaydı, o da peyğəmbərlər göndərməli və qüdrətinin nişanələrini bizə göstərməli idi" (Nəhcül-bəlağə, məktub 31).
2_ Allahın sonsuzluğu
Əgər iki Tanrı varsa və bir varlığın iki güc mənbəyi varsa ya onların hər ikisi məhdud olmalıdır - əgər varsa, onlar Allah deyillər, çünki məhdud qüdrət müəyyən mərhələdə heçliyə çatan güc deməkdir. Aydındır ki, belə güc Tanrı ola bilməz - və ya onların hər ikisi sonsuz güclərdir və sonsuz olarsa, artıq iki deyillər. Alimlərdən birindən misal gətirəcəm: Əgər inşaatçıya desən ki, sonsuz torpaq sahəsi olan bir ev tik. Başqa evə yer olmadığı üçün mütləq başqa bir ev tikmir.
3_ Varlıqda harmoniya
Əgər varlıqda tək Allahdan başqa Tanrılar mövcud olsaydı, varlıq sistemi mütləq məhv olardı. «لو كان فیهما الهة الاّ اللّه لفسدتا» (Ənbiya, 22).