IQNA

Dünyanın ən böyük botanika bağında Qurani-Kərim bitkilərindən ibarət sərginin keçirilməsi

11:43 - July 31, 2023
Xəbər sayı: 3494537
LONDON (IQNA) – Londonda dünyanın ən böyük botanika bağı olan Kew Gardens Quranda adı keçən bitkilərdən ibarət sərgi təşkil edib.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, bu, Quranla tanışlıq məqsədi ilə Kew bağlarında keçirilən ilk Quran bitkiləri sərgisidir.

Bu sərgi sentyabrın 17-dək davam edəcək və Londonun cənub-qərbində yerləşən Kew Botanika Bağında keçirilir.

Kew bağçasının rəhbərliyi bununla bağlı elan edib: "Qurani-Kərimdə çoxlu təlim və nümunələr var. Təbiətdən, xüsusilə yaşıllıqlardan, bitkilərdən və çiçəklərdən bəhs edilir".

Bu bağda nümayiş etdirilən sənət əsərləri “Quran bitkiləri; Tarix və Mədəniyyət” kitabının müəllifi Şahinə Qəzənfərin və Sue Wickisonun əsərlərindəndir.

Sərgidə nümayiş etdirilən 30 panel Wiksonun əsərləridir. Sarımsaq, nar və üzüm də daxil olmaqla, müxtəlif bitki növlərini təsvir edir. Bu kolleksiyada bu bitkilərin Quranda əhəmiyyəti və qeyd edilməsi haqqında məlumatlar yer alır.

Kew Kral Botanika Bağları, daha çox "Kew Gardens" kimi tanınan, Londonun cənub-qərbindəki botanika bağı olan və dünyanın ən böyük və ən müxtəlif botanika və mikoloji kolleksiyasına sahib olan 121 hektarlıq istixanalar və bağlar kolleksiyasıdır .

Bu bağda 1100-dən çox insan çalışır və onun illik büdcəsi 65 milyon funt-sterlinqdən (85 milyon dollar) çoxdur.

4159209

captcha