IQNA

Sionistlərin hücumu nəticəsində 14 əsrlik Əl-Öməri məscidi tamamilə dağıdılıb

14:00 - October 23, 2023
Xəbər sayı: 3494905
QƏZƏ (İQNA) - Xəbər verildiyi kimi, Qəzza zolağının şimalında yerləşən Cibaliya bölgəsində İsrail ordusunun hədəfində olan 14 əsrlik tarixə malik dünyanın ən qədim məscidlərindən biri olan Əl-Öməri məscidi tamamilə məhv edilmişdir.

Sionistlərin hücumu nəticəsində 14 əsrlik Əl-Öməri məscidi tamamilə dağıdılıb. Əl-Vətən xəbər saytının verdiyi məlumata görə, sionist rejim Qəzza zolağında dini binalar və tibb mərkəzlərini hədəf alıb. Bir halda ki, tarixi abidələrə, xəstəxanalara və dini mərkəzlərə hücumlar beynəlxalq qanunlarla qadağandır.

Bu məscidin tikintisi ikinci xəlifəyə aid edildiyindən o, Əl-Öməri məscidi adlanır və 1400 il əvvələ aiddir.

Bu məscid Fələstinin üçüncü ən böyük məscidi hesab olunur və 4 min kvadratmetr sahəyə malikdir.

Məsciddə yüz illər əvvələ aid məşhur kitabxana da var idi. Əl-Öməri məscidi özünəməxsus memarlığına görə kiçik İslam incəsənəti muzeyi kimi də tanınırdı.

     Sionist rejim Qəzzada 31 məscidi tamamilə dağıdıb

Əl-Öməri məscidi Fələstindəki Məmlük memarlığının ən gözəl nümunələrindən biri hesab olunur.

Qəzza zolağının sakinləri məscidin dağıdılmasına etiraz olaraq bu məscidin xarabalıqları arasında cümə namazı qılıblar.

4176869

captcha