IQNA

Beynəlxalq Cinayət Məhkəməsi: Qəzzəyə humanitar yardımın getməsinin qarşısı alınmamalıdır

23:30 - October 30, 2023
Xəbər sayı: 3494935
QƏZZƏ (İQNA) - Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan Qəzzəyə humanitar yardımla bağlı deyib: “Ən əsası, humanitar yardımların uşaqlara, qadınlara, kişilərə və mülki şəxslərə çatdırılmasının qarşısı alınmamalıdır. Onlar günahsızdırlar və beynəlxalq humanitar hüquqa görə hüquqlara malikdirlər.

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan, Rəfah Sərhəd Qapısından verdiyi açıqlamada, Qəzzə zolağında mülki əhalinin əziyyət çəkməyə davam etdiyini ifadə edərək deyib: “Ən əsası, humanitar yardımların uşaqlara, qadınlara, kişilər və mülki şəxslərə getməsinin qarşısı alınmamalıdır.  Onlar günahsızdırlar və beynəlxalq humanitar hüquqa əsasən hüquqları var. Qanun hazırda terror və qorxu içində yaşayan və İkinci Dünya Müharibəsindən sonra qurulan qurumlar tərəfindən müdafiə olunmaq hüququna malik olan bir çox insanların əzablarını yüngülləşdirməyə çalışır”.

Xan qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi mümkün olan yerdə və yurisdiksiyaya malik olduğu yerdə bu hüquqları müdafiə edəcək.

 

captcha