IQNA

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrailin Qəzzada törətdiyi cinayətləri pisləyib

12:02 - November 03, 2023
Xəbər sayı: 3494948
QAHİRƏ (İQNA) – Rəfah sərhəd qapısını ziyarət edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Qurani-Kərimdən ayələrə istinad edərək Qəzza zolağında dinc əhalinin öldürülməsini pisləyib.

 

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Kərim Xan oktyabrın 29-da səfərdən sonra Qahirədə keçirdiyi mətbuat konfransında “Maidə” surəsinin 32-ci ayəsinə belə işarə edib: “Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. O, deyib ki, Qurani-Kərim təkcə müsəlmanlardan deyil, bütün dünya insanlarından bəhs edir.

O, həmçinin bildirib ki, Qəzza müharibəsində sionist rejim təkcə əxlaqi səviyyədə deyil, həm də hüquqi müstəvidə pozuntulara yol verib.

Kərim Xan sözünə belə davam edib: "İsrail müharibənin beynəlxalq hüququ pozmamasını təmin etmək üçün yaxşı təlim keçmiş orduya, güclü sistemə və güclü məsləhətçilərə malik olduğunu iddia edir. O, həmçinin körpələrin başının kəsilməsi və mülki şəxslərin öldürülməsi ilə bağlı yalan iddialar yaymaqla Qəzza zolağında törədilən müharibə cinayətlərini qanuni müdafiə kimi göstərməyə çalışır. Lakin bu iddialar kifayət qədər sübut olmadığı üçün ekspertlər tərəfindən rədd edilib".

4178712

captcha