IQNA

İndoneziya xalqı sionist məhsullarını boykot edir

8:25 - November 15, 2023
Xəbər sayı: 3494996
CAKARTA (İQNA) - İndoneziya xalqı bu ölkənin Üləmalar Şurasının fətvasını dəstəkləyərək sionist rejimin məhsullarını boykot edib.

"İQNA", "Əl-Cəzirə" internet saytına istinadən xəbər verir ki, İndoneziya xalqı oktyabrın ortalarından etibarən McDonald's və sionist rejimin digər məhsullarını boykot etməyə başlayıb. Çünki McDonaldsın İsraildəki şöbələri İnstaqramda İsrailin işğalçı qüvvələrinə dəstək verəcəklərini və bu rejim ordusunun əsgərlərini pulsuz yeməklə təmin edəcəklərini açıqlayıblar.

Çoxsaylı İndoneziya təşkilatları McDonald's və Starbucks da daxil olmaqla digər sionist tərəfdarı biznesləri boykot etməyə çağırıb.

Dünyanın ən çox müsəlman yaşıyan ölkəsi olan İndoneziya uzun müddətdir ki, Fələstin davasını dəstəkləyir və sionist rejimin bu ölkədə səfirliyi yoxdur.

İndoneziyanın ali islami qurumu olan İndoneziya Üləmalar Şurası (MUİ) ötən həftə “Sionist rejimin Fələstinə təcavüzünü dəstəkləmək və ya sionist rejimi dəstəkləyən tərəflərlə birbaşa və ya dolayı yolla əlaqə saxlamağın” haram olduğunu bəyan edən fətva verib.

"MUI" Fətva şöbəsinin müdiri bəyan edib ki, bu şura müsəlman icmasına sionist rejimin təcavüzünü açıq şəkildə dəstəkləyən bizneslərlə alqı-satqı kimi sövdələşmələrdən mümkün qədər çəkinməyi tövsiyə edir.

İndoneziyalılar arasında populyar sosial media siyahısına McDonald's, KFC, Burger King, Pizza Hut, Coca-Cola, Pepsi, Nestle, Starbucks, Puma, Hewlett-Packard, Unilever, AXA, Siemens və s. kimi şirkətlər daxildir.

4181712

captcha