IQNA

Dünya katoliklərinin lideri: "Qəzzaya təcavüz, terror əməliyyatıdır"

16:34 - December 01, 2023
Xəbər sayı: 3495066
TEHRAN (İQNA) - Dünya katoliklərinin lideri Roma Papası Fransisk sionist rejimin Qəzza zolağına hərbi təcavüzünü terror əməliyyatı kimi qiymətləndirib.

"İQNA", xəbər verir ki, Amerikanın "Vaşinqton Post" qəzeti cümə axşamı günü yazıb: "Oktyabrın sonlarında bombaların atılması və tankların Qəzzanın dərinliklərinə doğru irəliləməsi ilə sionist rejimin başçısı İshaq Hersoq Papa Fransisklə gərgin telefon danışığı aparıb.

 “Vaşinqton Post” yazıb ki, Papa Fransisk bu söhbətdə sionist rejimin Qəzza zolağına hərbi təcavüzünü terror əməliyyatı kimi qiymətləndirib.

Qəzetin yazdığına görə, Hersoq papanın sözlərinə etiraz edib, papa isə sözlərinə belə davam edib: "Məsul olanlar baş verənlərə görə cavab verməlidirlər, lakin bu, mülki şəxslərə aid deyil".

 “Vaşinqton Post” yazıb: "Roma Papası daha əvvəl açıq iclasda Qəzzada qarşıdurmaların müharibə həddini keçdiyini və bunun terror olduğunu vurğulamışdı".

Bu Amerika qəzeti əlavə edib: "Roma Papasının sionist rejimin Qəzzədəki hərəkətləri ilə bağlı açıq bəyanatları Amerika Yəhudi Komitəsi kimi israilyönlü qrupların qəzəbinə səbəb olub və bir daha yəhudi liderləri ilə Vatikan arasında gərginliyi alovlandırıb".

4185054

 

captcha