IQNA

Qəzzada şəhidlərin sayı 18 min 600 nəfəri keçib

10:56 - December 14, 2023
Xəbər sayı: 3495129
İQNA – Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamaya görə, sionistlərin təcavüzünün başlanmasından bu yana Qəzzada şəhid olanların sayı 18 min 600-ü keçib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf Əl-Qudra sionist rejim ordusunun Qəzzəyə hücumları nəticəsində 18 min 608 fələstinlinin şəhid olduğunu, 50 min 594 nəfərin isə yaralandığını açıqlayıb.

Əl-Qudra vurğulayıb: İşğalçıların müxtəlif bölgələri bombalaması nəticəsində 196 fələstinli şəhid olub, 499 nəfər isə yaralanıb. Bundan əlavə, bir çox qurban hələ də dağıntılar altındadır.

O əlavə edib: “Bir sıra xəstəxana rəhbərləri hələ də işğalçı qüvvələrin nəzarətindədir. Bu əsgərlər xəstəxana rəhbərlərinə işgəncə verməklə onları dindirirlər”.

Əl-Qudra deyib: “İşğalçılar Qəzza zolağının şimalında səhiyyə sektorunun işini dayandırmaqda israrlıdırlar. Qəzzanın şimalı səhiyyə və tibbi xidmətin olmadığı bir əraziyə çevrilib”.

O, deyib: Biz beynəlxalq təşkilatlardan Qəzza zolağının cənubundakı xəstəxanalara tibbi ləvazimatların çatdırılmasını istəyirik. Sionist rejimin Qəzzə zolağının bombardman etməsi 22 xəstəxana və 52 təcili yardım mərkəzinin xidmətdən çıxmasına səbəb olub.

Əl-Qudra əlavə edib: “Biz hər gün minlərlə yaralının həyatını xilas etmək üçün Qəzza zolağının xaricində müalicə olunmaq üçün getməsini təmin edəcək bir mexanizm yaratmaq istəyirik. Yoluxucu xəstəliklərin yayılması və təmiz suyun olmaması səbəbindən Qəzza zolağında sağlamlıq vəziyyəti ölümcül xarakter alıb”.

4187857

captcha