IQNA

Nəsrullah 100 günlük Qəzza müqavimətini dəyərləndirdi

8:03 - January 15, 2024
Xəbər sayı: 3495300
İQNA – Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bugünkü çıxışında regional və beynəlxalq hadisələri dəyərləndirib.

"İQNA", "Əl-Mənar"-a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Qüds yolunda şəhid olan Vəsam Ət-Tavilin anım mərasimində televiziya ilə çıxış edərək, “bir çox gəncimiz 100 gün ərzində cəbhələrdə döyüşürlər. Hər zaman ailələrdən məktublar gəlir. Məktubda valideynlər tək oğullarını belə cəbhəyə göndərməyə hazır olduqlarını yazırlar” - deyib.

Nəsrullah “İŞİD-lə mübarizədə şəhidlərimizi itirdiyimiz üçün fəxr edirik. Şəhid Hacı Cavad (Vəsam Əl-Tavil) 2006-cı ildə sahə komandirlərindən biri olub və həmçinin Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak edib.

Həsən Nəsrullah 100 günlük Qəzza müqavimətini dəyərləndirərək, “Qəzza müharibəsindən 100 gün keçdi və Qəzza tarixdə görünməmiş bir şəkildə müqavimət göstərir və dayanır. “Bütün qruplardan ibarət Qəzza müqaviməti gecə-gündüz böyük şücaətlə vuruşur.

Həsən Nəsrullah sözünə belə davam etdi:

“Əl-Əqsa Tufanı əməliyyatını izləyənlərin çoxu İsrailin xəbərlərə misli görünməmiş senzura tətbiq etdiyinə inanır. Sionist İsrail açıq və gizli məqsədlərini həyata keçirə bilmədi.

Düşmən hələ də Xan Yunisdə və Qəzza zolağının mərkəzində qələbə qazanmağa çalışır. Düşmən Qəzzadan atılan raketləri belə dayandıra bilməyib və itkiləri artır.

Düşmən mediası 4 min əsgərin əlil olmasından danışır; Bu o deməkdir ki, həmin əsgərlər meydanı tərk ediblər. Əlillərin sayının 30 min nəfərə çata biləcəyi təxmin edilir. Müharibə bitəndə real rəqəmlər açıqlanacaq və bu, İsrail üçün böyük fəlakət olacaq”.

Qırmızı dənizdə baş verənlərə toxunan Nəsrullah bu bölgədə baş verən hadisələrin düşmən iqtisadiyyatına böyük zərbə vurduğunu bildirib.

Həsən Nəsrullah ABŞ və Britaniyanın Yəmənə qarşı hərbi hücumlarına görə bu hərəkətini axmaqlıq adlandırıb və deyib: “Bayden və ətrafı Yəmənin Qəzzaya dəstəyindən əl çəkəcəyini düşünən cahildir. Düşmən kabinetinin Qəzzada müqavimət şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur ki, bu da vəd edilmiş qələbə deməkdir. ABŞ-ın hərəkətləri Qırmızı dənizdə dəniz ticarətinə zərər verir. O, bütün bunları İsraili dəstəkləmək üçün edir”.

Aralıq dənizi sahilindəki Hayfa limanının hədəf alındığını bildirən Nəsrullah sionist düşmənin həqiqətləri gizlətdiyini bildirib.

Hizbullah lideri, "İraq müqavimətinin Hayfada bir nöqtəni hədəfə aldıqları barədə bəyanatı doğrudur" dedi.

4193913

captcha